Əsas Səhifə > Güney Press > Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir
Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir15-10-2024, 10:11 |
Rusiyanın Volqaqrad vilayətinin Voljski şəhərində müharibə iştirtakçılarını döyən şəxslər xüsusi əməliyyat zonasına getmək istədiklərini bəyan ediblər. Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə sentyabrın 22-də Skripki küçəsində baş verib. Yerli sakin tanımadığı şəxsin hamilə arvadına çox yaxın getməsindən qəzəblənib. O, onlardan birini saxlayıb və qısa söhbətdən sonra onun üzünə vurub. Qarşı tərəf isə dostları ilə əlbir olaraq, onu döyüblər. Məlumata görə, zərərçəkənlər polisə müraciət etməyiblər, lakin böyük rezonans səbəbindən xuliqanlıq edənlərə qarşı iş açılıb. İki nəfər xuliqanlıqda şübhəli bilinib, onlardan birinin Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Onlar etdiklərinə görə peşman olublar və müharibə iştirakçısını döydüklərini etiraf ediblər. “Bilmirdik ki, bu şəxslər xüsusi hərbi əməliyyatın iştirakçılarıdır. SVO-nun aparılmasına müsbət münasibət bəsləyirəm və lazım gələrsə, döyüş bölgəsinə getməyə hazıram”, - deyə azərbaycanlı bildirib. İkinci hücumçu Nikita Lariçkin də “lazım gələrsə vətəni müdafiə etməyə” hazır olduğunu deyib. Geri qayıt |