Əsas Səhifə > Güney Press > Şakro Molodoyun ən yaxın adamı azadlığa çıxıb
Şakro Molodoyun ən yaxın adamı azadlığa çıxıb15-10-2024, 09:31 |
“İtalyan” ləqəbi ilə tanınan "qanuni oğru" Andrey Koçuykov azadlığa buraxılıb. "Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Koçuykov cəza çəkdiyi həbsxananı qara rəngli “Mercedes” markalı avtomobillə tərk edib. "İtalyan" 2015-ci ilin dekabrında Moskvanın mərkəzindəki "Elements" restoranının yaxınlığında baş verən atışmadan sonra şöhrət qazanıb. Hadisəyə səbəb müəssisənin sahibi Janna Kim ilə mübahisə olub. Moskvanın Nikulinski Məhkəməsi “İtalyanı” ciddi rejimli koloniyada çəkmək üçün 8 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Koçuykov kriminal başçı tanınmış rusiyalı "qanuni oğru" Şakro Molodoyun ən yaxın silahdaşı adlandırılır. Mart ayında o, son 6 ildə cəza çəkdiyi koloniyadan azad edilib."Qanuni oğru"nun daha 3 il 10 ay həbsdə olması nəzərdə tutulsa da, məhkəmə səhhətinə görə onun azadlığa buraxılmasına qərar verib. Geri qayıt |