Əsas Səhifə > Güney Press > Paşinyanı rədd edən erməni nobelçi kimdir?
Paşinyanı rədd edən erməni nobelçi kimdir?14-10-2024, 17:53 |
Xəbər verdiyimiz kimi, 2024-cü il İqtisadiyyat üzrə Nobel mükafatı Simon Conson, Ceyms A. Robinsonla birlikdə Amerika-Türkiyə iqtisadçısı Daron Əcəmoğluna verilib. Axar.az xəbər verir ki, 1967-ci ildə İstanbulda anadan olub. Erməni əsillidir və atası hüquqşünas Kevork Əcəmoğludur. Orta təhsilini İstanbuldakı Qalatasaray liseyində alıb. Daha sonra İngiltərənin York Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. London İqtisadiyyat Məktəbində, daha sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (MİT) doktorluq dərəcəsini bitirib. Hazırda MİT-də iqtisadiyyat professoru kimi fəaliyyətini davam etdirir. Əcəmoğlunun digər Nobel laureatı Ceyms A.Robinsonla birgə yazdığı “Millətlər niyə tənəzzül edir” kitabı “Nyu York Tayms” qəzetinin ən çox satılan kitablar siyahısına daxil edilib. Kitab ölkələrin iqtisadi rifah səviyyələrindəki fərqlərin əsas səbəbinin siyasi və iqtisadi institutların strukturu olmasından bəhs edir. Əcəmoğlu dünyanın ən çox istinad edilən 10 iqtisadçı arasında yer alır. 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Daron Əcəmoğlunu ölkəsinə dəvət etmişdi. Lakin iqtisadçı Paşinyanın hökuməti ilə əməkdaşlıqdan qəti şəkildə imtina etmişdi. Daron Əcəmoğlu Turqut Özal hökumətində nazir omuş İsmayıl Özdağların qızı Asuman Özdağlarla evlidir. Hər ikisi Massaçusets Texnologiya İnstitutunun (MİT) professorudur. Arda və Aras adlı iki oğulları var. Qeyd edək ki, Daron Əcəmoğlu yazıçı Orxan Pamuk, kimyaçı alim Əziz Səncərdən sonra Nobel mükafatı qazanan 3-cü Türkiyə vətəndaşıdır. Geri qayıt |