Əsas Səhifə > Güney Press > Ukrayna ordusu yaxın həftələrdə Kursku tərk edəcək
Ukrayna ordusu yaxın həftələrdə Kursku tərk edəcək14-10-2024, 13:31 |
Ukrayna Silahlı Qüvvələri yaxın aylarda Rusiya Federasiyasının Kursk vilayətini tərk edə bilər. Bu fikirlər "BILD"də dərc olunan məqalədəndir. Analitik Yulian Repke yazıb ki, rus qoşunları Kursk vilayətində uğurlu əməliyyatlar həyata keçirirlər. Onlar qərbdən Lyubimovka və Novoivanovka kəndləri istiqamətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücumları davam etdirirlər. Ruslar həmçinin ukraynalı hərbçiləri Korenevo rayon mərkəzi yaxınlığındakı sonuncu kənddən də çıxarıblar: "Bundan əlavə, döyüşçülər Borki və Spalnoye kəndlərini geri alıblar, şərqdən Ukraynanın plasdarmını azaldırlar. Hazırda Plexovo kəndi uğrunda döyüşlər gedir, əks-hücum başlayandan bəri ruslar burada artıq 13 km məsafədə irəliləyiblər. İndi Kursk vilayətində dinamika dəyişib. Təxminən üç aylıq döyüşlərdən sonra Rusiya Kurskun tutulmuş əksər hissələrində nəzarəti bərpa edə bilib. Hərçənd ukraynalıların ələ keçirdikləri yeganə şəhər olan Sudja uğrunda böyük döyüşlər hələlik başlamayıb". Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. AzVision.az Geri qayıt |