Əsas Səhifə > Güney Press > Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü

Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü


14-10-2024, 12:49
Azərbaycanda orta aylıq əmək haqqı 1 000 manatdan aşağı düşdü
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 997 manat 10 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyul 2024) müqayisədə 5 manat 30 qəpik azalıb.
Belə ki, bu ilin yanvar-iyuln aylarında orta aylıq əmək haqqı 1 002 manat 40 qəpik olub.
Məlumat üçün bildirək ki, 2022 və 2023-cü illərin əvvəlindən ötən dövr ərzində və bu ilin ilk 8 ayında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2024-cü il
Yanvar – 942,4 manat
Yanvar-fevral – 946,8 manat
Yanvar-mart – 985,3 manat
Yanvar-aprel – 1007,5 manat
Yanvar-may – 1 003,3 manat
Yanvar-iyun – 1 002,8 manat
Yanvar-iyul – 1 002,4 manat
Yanvar-avqust – 997,1 manat

2023-cü il
Yanvar – 856,2 manat
Yanvar-fevral – 854,5 manat
Yanvar-mart – 901,3 manat
Yanvar-aprel – 913,9 manat
Yanvar-may – 916,8 manat
Yanvar-iyun – 921,9 manat
Yanvar-iyul – 925,3 manat
Yanvar-avqust – 923 manat
Yanvar-sentyabr – 919,8 manat
Yanvar-oktyabr – 921,1 manat
Yanvar-noyabr – 923,1 manat
Yanvar-dekabr – 933,8 manat

2022-ci il
Yanvar – 765,9 manat
Yanvar-fevral – 768,3 manat
Yanvar-mart – 809 manat
Yanvar-aprel – 824,7 manat
Yanvar-may – 825,3 manat
Yanvar-iyun – 827,1 manat
Yanvar-iyul – 831,3 manat
Yanvar-avqust – 829 manat
Yanvar-sentyabr – 827,4 manat
Yanvar-oktyabr – 827,9 manat
Yanvar-noyabr – 829,9 manat
Yanvar-dekabr – 839,4 manat

Geri qayıt