Əsas Səhifə > Güney Press > Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq

Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq


14-10-2024, 12:28
Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq
HƏMAS-ın və Qəzzada yaşayan yerli əhalinin mövcudluğunu aradan qaldırdıqdan sonra İsrail qonşu ölkələrdən başlayaraq Yaxın Şərqə göz dikib. Aydındır ki, Yaxın Şərq 1916-cı ildə olduğu kimi yenidən qurulacaq, yeni sərhədlər çəkiləcək və NATO-nun uzaqdan asanlıqla idarə edə biləcəyi yeni süni dövlətlər yaradılacaq.

Publika.az xəbər verir ki, bu sözləri Şimali Kipr Respublikası Prezidentinin Məsləhət Şurasının üzvü, professor Ata Atun “Haber7” üçün yazdığı məqalədə qeyd edib.

O bildirib ki, indi önəmli olan İsrailin bundan sonra bölgədə mövcudluğunu və təhlükəsizliyini möhkəm təməllər üzərində qurmaq üçün nə edəcəyidir:

“İsrailin ilk hədəfinin bölgədəki insan həyatı üçün əvəzolunmaz olan “su” ehtiyatlarını ələ keçirib öz nəzarətinə götürmək olacağını təxmin etmək çətin deyil. 1967-ci ildə Yom Kippur müharibəsində Suriya sərhədləri daxilindəki Qolan təpələrini ələ keçirərək su qıtlığını bir qədər azaldan İsrail indi də xəritədə yer alan Litani çayına və bu çayı qidalandıran su hövzələrinə göz dikib”.

Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq

Professor əlavə edib ki, İsrailin Livana hücumunda prioriteti Hizbullahla döyüşmək deyil, Litani çayını və bu çayı qidalandıran su hövzələrini ələ keçirməkdir: “Litani çayı və su hövzəsini ələ keçirdikdən sonra Qəzzada olduğu kimi Livanın cənubunu da yaşayış üçün yararsız hala salacaq və bölgə xalqına təzyiq göstərəcək və Hizbullahın Livan qanadını zərərsizləşdirəcək. Göründüyü kimi, “su müharibələri başlayacaq” əfsanəsi canlanır”.

Geri qayıt