Əsas Səhifə > Güney Press > Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib
Naməlum uçan obyektlər 17 gün ABŞ hərbi bazasını izləyib14-10-2024, 12:11 |
ABŞ Hərbi Hava Qüvvələrinin Virciniya ştatındakı Lenqli bazasında maraqlı hadisə baş verib. Pilotsuz Uçuş Aparatları(PUA) olduğu ehtimal edilən obyektlər baza üzərində 17 gün uçuşlar həyata keçiriblər. Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr əsasən gecə saatlarında bu anormal halın müşahidə edildiyini söyləyiblər. Aviabazanın əməkdaşları komandanlığa gün batandan 45 dəqiqə sonra mənşəyi məlum olmayan obyektlərin səmada peyda olması barədə məlumatlar veriblər. Pilotsuz aparatlar cənuba, ən böyük dəniz limanının yerləşdiyi Norfolka doğru uçublar. Onların uçuş hündürlüyü təxminən 900-1200 m, sürəti isə 160 km/saat olub. Hələlik obyektlərin mənşəyi və onların reydlərinin məqsədi müəyyən edilməyib. Səslənən versiyalar arasında həm bazaya həvəskar pilotsuz təyyarələrin buraxılması, həm də Rusiya və ya Çin tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar da var. AzVision.az Geri qayıt |