Əsas Səhifə > Güney Press > Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər

Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər


14-10-2024, 11:34
Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər
Məktəb şagirdləri baxmayaraq ki, dövlət tərəfindən müəyyən dəstək görür və pulsuz şəkildə lazımı dərsliklərlə təmin olunur, amma, bundan əlavə məktəb şagirdlərinin hər birinə olmasa da, bəzilərinə digər xərclərini qarşılamaq üçün müəyyən miqdarda təqaüd ayrıla bilər. Bəs, sözügedən təqaüdün verilməsi hansı məktəblərdə gerçəkləşə bilər.

Mövzu ilə bağlı Sonxeber.az-a deputat Müşfiq Cəfərov danışıb.

Deputat açıqlamasında bu cür təqaüd proqramlarının ancaq özəl məktəblərdə tətbiq olunmasının mümkünlüyünü qeyd etdi.

"Məktəblərdəki şagirdlərə təqaüdün verilməsi təklifi əsassızdır. Çünki ümumitəhsil məktəblərində oxuyan hər bir şagird pulsuz dərsliklərlə təmin olunur. Bu proses 2000-ci ildən başlayıb və bu gündə davam edir. Şagirdlərə təhsilə marağın artırılması üçün təqaüdün verilməsinin heç bir əsası yoxdur. Düşünürəmki bu addımın heç bir faydası da olmayacaq. Doğrudur bu gün təhsil sistemində müəyyən probelmlər var. Son illərdə görülən tədbirlər isə bu problemlərin həllinə istiqamətlənib.Düşünürəmki, orta məktəbdə təqaüd proqramını ancaq özəl məktəblərdə tətbiq etmək olar. Ancaq dövlət əsaslı orta məktəblərdə fərqlənən şagirdləri müəyyən jestlərlə həvəsləndirmək olar. Bunun bir çox nümünəsini hətta kənd məktəblərində də görmüşük. Beləki, yarım il sonu daha yaxşı nəticə göstərmiş şagirdə təhsil sahəsindəki ehtiyacına uyğun hədiyyə təqdim oluna bilər. Həmçinin hər zaman tətbiq olunan tərifnamələrdən də istifadə daha məqsədə uyğundur. Məncə şagirdə təqdim olunan hər hansı təqaüd məbləği, hələ ondan düzgün istifadə etməyi özündə formalaşdırmayan uşaq üçün hədiyyədən çox zərər ola bilər. Zənnimcə dövlət məktəblərində kitab və təhsil üçün zəruri olan bir çox nəsnələrlə təmin olunmaq şagirdlər üçün kifayət edəcəkdir".

Geri qayıt