Əsas Səhifə > Güney Press, Partiya > "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq"

"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq"


14-10-2024, 11:21
"Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq"
Bir müddət əvvəl REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb. N.Cəfəli ilkin açıqlamasında deyib ki, görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi olub.

Bəs bu görüşü iqtidar-müxalifət dialoqu kontekstində dəyərləndirmək olarmı?

Məsələ ilə bağlı Modern.az-a danışan REAL sədri Natiq Cəfərli Prezident Administrasiyasındakı görüşünün iqtidar-müxalifət münasibətləri baxımından müsbət dinamika olduğunu söyləyib:

"REAL Partiyası təbii ki, iqtidar-müxalifət arasında normal, sağlam dialoqun olmasının, müəyyən məsələlərin açıq müstəvidə müzakirəsinin tərəfdarı olub və bunu dəstəkləyib. Çünki iqtidarla müxalifət düşmən deyil, rəqibdir. Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq. Rəqabət zamanı ortalıqda müxtəlif məsələlərin müzakirəsi, problemlərin həlli yolunun birgə çözülməsi ölkədə pozitiv iqtidar-müxalifət münasibtələrinin görüntüsünə və gözləntisinə çevrilir".

Geri qayıt