Əsas Səhifə > Güney Press > Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək

Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək


Dünən, 20:28
Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 4 şirkət ilə 5 tammetrajlı və qısametrajlı filmin post-prodakşn işlərinin tamamlanması xidmətləri üçün satınalma müqavilələri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Kino Agentliyi 4 şirkətə ümumilkdə 81 min 213 manat ödəyəcək.
Qeyd edək ki, Kino Agentliyi vəsait ayırdığı şirkətlər və filmlər aşağıdakılar olub:
“Chinar film” MMC (VÖEN – 1506619791) – “Tərsinə kölgələr” qısametrajlı bədii filmi (12 075 manat);
“Bumeranqfilm” MMC (VÖEN – 2906544551) – “Sən haralısan, durna?” tammetrajlı sənədli filmi (20 000 manat);
“Rental Azərbaycan” MMC (VÖEN - 1003213861) – “Yaddaş sarayları” qısametrajlı sənədli filmi (11 550 manat);
“Chinar film” MMC (VÖEN – 1506619791) – “Qara pişik,ağ şanı” tammetrajlı sənədli filmi (17 640 manat);
“Karvan Production” MMC (VÖEN – 2005905731) – “Geri dönüş” tammetrajlı sənədli filmi (19 948 manat).
Geri qayıt