Əsas Səhifə > Güney Press > Ermənistan SÜLHÜ YUBADIRSA...

Ermənistan SÜLHÜ YUBADIRSA...


Bu gün, 17:47
Ermənistan SÜLHÜ YUBADIRSA...
Bakı ilə İrəvan arasında münaqişənin həllinin əsasını Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər təşkil edir. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib. Yuri Uşakov qeyd edib ki, “Biz bütün bu mürəkkəb məsələlərin hərtərəfli həllinin əsasının hamıya məlum olanın həyata keçirilməsindən irəli gəlir. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmaları var”…
“Moskvada MDB ölkələrinin xarici işlər nazirlər şurasının iclası keçirildi. Orada da Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olmadı, sülh danışıqları ilə bağlı heç bir söhbət aparılmadı. Amma qeyri-rəsmi görüş oldu, Putinin ad günü ilə bağlı nahar görüşü oldu. Dövlət başçılarının görüşləri keçirildi. Bunun maraqlı cəhəti odur ki,Uşakovun bildirdiyi məsələlər yəni Azərbaycan-Ermənistan-Rusiya arasında üçtərəfli görüş baş tutmadı. Buna Uşakovun dediyi kimi bir tərəf razı olmadı. “Bu da Rusiya deyil” deyə bildirdi. Yəni Ermənistan görüş keçirməyə razılıq verməyib. Çünki Ermənistan öz himayədarlarından, qəyyumlarından razılıq almayıb. Ona razılıq verilməyib ki, belə üçtərəfli görüş keçirsin. Bu səbəbdən də görüşdən imtina edib”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq vurğulayıb ki, Rusiya prezidenti Putin ilə həm İlham Əliyevin, həm də Nikol Paşinyanın görüşü olub: “Peskovun verdiyi məlumata görə, Putin Zəngəzur dəhlizinin açılmaması ilə bağlı da söhbət aparıb. Təbii ki,biz bunu dəfələrlə demişik ki, Paşinyan müstəqil deyil. Ümumiyyətlə, Ermənistan müstəqil dövlət deyil.

Əvvəllər həmişə Rusiyanın diqtəsi ilə hərəkət edib, yaşayıb. İndi həm Amerikanın, həm Fransanın Ermənistana böyük təsiri var və onların diqtəsi ilə işləyir. Bunu da hamı da bilir ki, məhz Paşinyan Amerikanın dəstəyi ilə hakimiyyətə gəlib. “SOROS” fondunun pulu ilə hakimiyyətə gəldi və onların da dediyini həyata keçirir. Paşinyan qeyd edir ki, COP 29-a qədər sülh müqaviləsini imzalamağa hazırdır. Ancaq bu da alınan deyil. Çünki Azərbaycan bununla bağlı öz qəti fikirini bildirib ki, Ermənistan Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir. Bu niyyət onların konstitusiyasında yazılı şəkildə öz əksini tapır. Bu detal dəyişilməli, iddia aradan götürülməlidir və ondan sonra Azərbaycan sülh müqaviləsini bağlamağa hazır olacaq”.

Elşad Həsənov qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin 80 faizinin razılaşdırıldığını və 20 faiz qaldığını bəyan edir.

“Əsas şərt, Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsidir. Ondan sonra biz təbii ki, sülh müqaviləsini bağlamağa hazırıq. Ermənistan mövcud mövqeyi ilə özünün beynəlxalq ictimaiyyət qarşısında, beynəlxalq qüvvələr qarşısında özünü sülh bağlamağa çalışan bir obraz yaratmaq istəyir. Ermənistan da məlumatlıdır və bilirlər ki, 44 günlük müharibədə Azərbaycan qələbə çalandan sonra sülh müqaviləsinin şərtlərini və maddələrini Azərbaycan hazırladı, sülh bağlamaq üçün Azərbaycan özü müraciət etdi. Yəni bunu onlar da bilir. Bu gün Paşinyanın özünü məzlum aparması da təbii ki, erməni məkrli niyyətindən irəli gəlir. Ağalarının təkidi ilə, xüsusilə Fransanın təzyiqi ilə sülh müqaviləsinin bağlanmasını uzadır. COP 29 tədbirinə qədər də sülh müqaviləsinin bağlanması mümkün olan məsələ deyil”-deyən politoloq hesab edir ki, 8 oktyabr Moskvada keçirilən MDB dövlət başçılarının tədbiri səmərəli oldu. Xüsusilə Laçının 2025-ci ildə “MDB dövlətlərinin mədəniyyət paytaxtı” elan edilməsi çox böyük tarixi hadisədir. Gələn il MDB dövlətlərinin burada oyunlarının keçirilməsi nəzərdə tutulur.

Politoloq hesab edir ki, qardaş dövlətlərlə və xalqlarla Azərbaycanda keçiriləcək oyunlar yüksək səviyyədə təşkil olunacaq.

“Ermənistanın siyasi oyunları da müəyyən vaxta qədər davam edəcək. Ancaq onlar konstitusiya dəyişikliyi edəndən sonra Azərbaycan onlara sülh müqaviləsi bağlamağa hazır olacaq”-deyə politoloq bildirib.

Geri qayıt