Əsas Səhifə > Güney Press > "Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"

"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"


Bu gün, 16:08
"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"
“ABŞ dövləti və ABŞ dövlətinin ayrı-ayrı strukturları hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlib və seçilib. Eyni zamanda ABŞ senatı və nümayəndələri palatası hər zaman Azərbaycana qarşı qarayaxma kampaniyasının bir aləti kimi çıxış ediblər. Erməni lobbisinin bir sözçüsü, erməni lobbisinin bir tərəfdaşı kimi onların sifarişlərini yerinə yetirən bir qurum olaraq hər zaman göz önünə gəlib.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Politoloq qeyd edib ki, 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən sanksiyaları unutmamışıq.

“Onlar sanksiyaları o zaman dondurdu ki, 2001-ci ildə Azərbaycan Amerikanın antiterror tədbirlərində iştirak etməklə bağlı qərar qəbul etdi və ABŞ-ı antiterror tədbirlərində dəstəklədi. Belə olan halda ABŞ dövləti Azərbaycanla bağlı qondarma sanksiyanı ləğv etməyə qərar verdi. Bu da onu göstərir ki, ABŞ özünə sərf edəndə və ya öz maraqlarına uyğun biləndə sanksiya tətbiq edir, sanksiyanı götürür. ABŞ hər zaman özünü və ABŞ öz strukturlarını bir oyuncaq kimi tanıdıb. Onlar özlərinə sərf edəndə istədikləri qərarı verirlər, istəmədiklərində başqa qərar verirlər. Cənab prezident bununla bağlı çox yaxşı fikirlər bildirdi. 23 sentyabr 7-ci çağırış Milli Məclisin ilk iclasında cənab prezident bu məsələlərlə bağlı üstü örtülü formada şərh verdi. Cəbrayılın işğaldan azad olunması günü ilə bağlı ictimaiyyətlə, rayon sakinləri ilə görüşü zamanı açıq-aşkar şəkildə, Azərbaycana qarşı aparılan qara yaxma kampaniyasının və Azərbaycana qarşı qərəzli mövqenin haradan qaynaqlandığını, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı hörmətsizlik etməyə cəhd edən həmin şəxslərin həmin qurumların adlarını bir-bir çəkdi.

Azərbaycan bu gün güclü bir dövlətdir, suverenliyimizi bərpa etmişik və Azərbaycan öz ərazi bütövlüyünə sahibdir. ABŞ regionda möhkəmlənmək istəyirsə, əlbəttə ki, Azərbaycandan dəstək almalı və Azərbaycanla yaxşı münasibət qurmalıdır. Ümumiyyətlə, ABŞ departamenti və ABŞ nümayəndələr palatası, eləcə də ABŞ senatı hər zaman Azərbaycana qarşı qərəzli mövqelər nümayiş etdiriblər. Bu da tək siyasi məsələlərlə əlaqəli deyil. Xatırlayırsınızsa, insan alverinə qarşı mübarizə ilə bağlı ABŞ departamentinin hesabatlarında Azərbaycana qarşı daim ikili standartlar, qərəzli mövqe özünü göstərir və Azərbaycanın bu qədər həmin cinayət növü ilə mübarizə aparmasına, eləcə də Azərbaycanda dövlətlə vətəndaş cəmiyyətinin nümayəndələrinin birgə əməkdaşlığına baxmayaraq, Azərbaycanı digər ölkələrlə eyni sırada saxlamaları və tərəfli siyasi mövqelərinin özünü göstərməsini biz müşahidə edirik. ABŞ özünə sərf edən, onun əlaltısı olan dövlətlərə istədikləri dəstəyi verir və onların sözünü eşitməyən, onların vassalı olmayan, onların əmrində olmayan dövlətlərə, müstəqil siyasət yürüdən və xalqının dövləti ilə birliyini nümayiş etdirənlərə qarşı qərəzli mövqe nümayiş etdirir, onlara qarşı düşmən kəsilirlər”-deyə politoloq bildirib.

Ramiz Alıyev qeyd edib ki, bu gün Ukraynanın hansı vəziyyətə salındığını müşahidə edirik və Yaxın Şərqdə olan prosesləri də görürük. Politoloq vurğulayıb ki, bunların hamısının arxasında ABŞ, Fransa və digər Qərb dövlətləri dayanıb.

“Orada həlak olan insanların taleyi bu ölkələri maraqlandırmır. Orada şəhərlərin, obyektlərin və infrastruktur layihələrinin dağılmasının, məhv olmasının onlar üçün heç bir anlamı yoxdur. ABŞ, Fransa və digər Qərb ölkələrinin məqsədi, onların marağı yalnız öz ambisiyalarının və özlərinə uyğun olan mövqeləri möhkəmləndirməkdir. Özlərinə sərf edən fəaliyyətləri gücləndirməkdir. Onlar üçün Azərbaycan xalqı və digər xalqlar ümumiyyətlə Ermənistan, Gürcüstan və digər xalqların taleyi maraqlandırmır. Bu gün Azərbaycanla Ermənistanın sülh müqaviləsinin bağlanma ərəfəsində Ermənistanı sülh müqaviləsindən çəkindirməyə çalışan ABŞ, Fransa və digər Qərb dövlətləridir”-deyən politoloq vurğulayıb ki, burada məqsəd ondan ibarətdir ki, regionda münaqişə qalsın və münaqişə yenidən alovlansın, Ermənistandan lazımı formada yenidən istifadə edə bilsinlər. Eyni zamanda Azərbaycana təsir etsinlər, müəyyən təzyiqlər göstərsinlər. Amma artıq Azərbaycana bu təzyiqləri etmək mümkün deyil. Çünki Azərbaycan öz suverenliyini ərazi suverenliyini bərpa edib. Azərbaycan öz ərazilərini dəmir yumruğu hesabına, xalq-dövlət birliyi hesabına geri qaytarıb”-deyən politoloq qeyd edib ki, belə olan halda ABŞ və digər Qərb ölkələri Azərbaycanla uzlaşmağa məcbur qalır.

“ABŞ unudur ki, ümumiyyətlə ABŞ-ın Cənubi Qafqaza daxil olmasında Azərbaycan ona köməklik göstərib. Əsrin müqaviləsi zamanı ABŞ artıq Cənubi Qafqazda yeni layihələrdə iştirak etdi, yeni biznes qurumlarını Cənubi Qafqaza daşıdı və orada böyük lahiyələr həyata keçirməyə başladı. ABŞ və digər Qərb dövlətləri təəssüflər olsun ki, nankorluq edərək, bunları unudurlar və ona görə də Azərbaycana qarşı müəyyən təzyiqlər göstərirlər. Təbii ki, bunların hamısının məqsədi birdir. Məqsəd noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində “demokratlar”ın öz tərəfinə erməni lobbisini çəkmək və erməni lobbisinin maliyyəsini və dəstəyini almaqdır. Eyni zamanda COP 29-un Azərbaycanda keçiriləcəyi bir məqamda dövlətimizə müəyyən formada siyasi təsirlər göstərməyə çalışırlar”-deyən Ramiz Alıyev vurğulayıb ki, bu istəkləri də mümkün olmayacaq və Azərbaycan öz yolundan dönməyəcək, çünki Azərbaycanda xalq-dövlət birliyi var.

Geri qayıt