Əsas Səhifə > Güney Press > Paşinyanın dərdi başqadır

Paşinyanın dərdi başqadır


Bu gün, 15:39
Paşinyanın dərdi başqadır

Paşinyanın həllini gözlədiyi bir problemi var: Üçüncü Ermənistan Respublikasını nəyin bahasına olursa olsun, Birinci Ermənistan Respublikasına çevirmək və nəticədə hansısa regional dövlətin müstəmləkəsi olmaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq, qatı revanşist mövqeyi ilə tanınan Alek Gevondyandır.

“Ermənistanda bu gün ictimai müzakirədə Qərb, AB kimi təqdim olunan Türkiyənin xeyrinə seçim edilib. Bu baxımdan Avropa çox səmimidir və bölgədə Ankara tərəfindən təmsil olunduqlarını və buna qərar verildiyini deyir.

Bunların düşmən olduğunu başa düşməyincə, uğursuzluğa düçar olacaqsınız”,-deyə revanşist ekspert bildirib.
Geri qayıt