Əsas Səhifə > Güney Press > Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar...

Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar...


Bu gün, 14:52
Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar...
Oktyabrın 7-8-i Moskvada rəsmi səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində Rusiya paytaxtındakı "Lotte" otelində qarşılaşdığı sürprizlə bağlı video yerləşdirib .

Moderator.az xəbər verir ki, bu haqda 1lurer.am saytı məlumat yayıb.

“Moskvadakı “Lotte” otelinin əməkdaşları belə bir sürpriz təqdim etdilər. Təşəkkür edirəm”, - Paşinyan videoya şərhində yazıb.

Videodan göründüyü kimi, otel işçiləri Ermənistan baş nazirini girişdə alqışlarla qarşılayır və o, onların hər biri ilə əl sıxıb görüşür...

Xatırladaq ki, Paşinyan Moskvaya MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak məqsədi ilə olub. Sammit çərçivəsində o, Rusiya ıideri V.Putinlə də təkbətək görüşüb.


Geri qayıt