Əsas Səhifə > Güney Press > Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı

Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı


Bu gün, 12:56
Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı
3 oktyabr 2024-cü ildə iş adamı Emin Ağalarovun adına Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni çatdırılma şirkəti dövlət qeydiyyatına alınıb.

Dia-az.Media FED.az-a istinadla xəbər verir ki, şirkətin adı “Restaurants Delivery by Emin Agalarov” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1806832481).

Şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Kərimov Raif oğludur.

Hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran Ləhiş yolu, ev 32X ünvanıdır.

Geri qayıt