Əsas Səhifə > Güney Press > Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi

Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi


Bu gün, 10:54
Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi
“Dövlət Sosial Müdafiə Fondu” növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, DSMF ilə bağlı məhkəmədə iddianı hüquq müdafiəçisi Cəfərova Novella Cəfər qızı (Novella Cəfəroğlu) qaldırıb.

İşin mahiyyəti inzibati orqanın altları və hərəkətləri ilə əlaqədar mübahisədir. Hüquq müdafiəçisi DSMF-ni sosial təminat üzrə yaranmış problemə görə məhkəməyə verib.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Ləman Musayevanın sədrliyi ilə işə baxılacaq.

Tərəfləri dinləməyə hazırıq

Geri qayıt