Əsas Səhifə > Güney Press > Dekorativ prezident

Dekorativ prezident


Bu gün, 10:38
Dekorativ prezident
Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkəsində ən çox ezamiyyətə gedən məmurlardan hesab olunur.

Modern.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Qeyd edilib ki, oktyabrın 7-dən Almaniyaya işgüzar səfər edən Vaaqn Xaçaturyan oktyabrın 9-da İrəvana qayıdacaq və bir neçə gündən sonra yenidən dördgünlük işgüzar səfərə çıxacaq.

Prezident bu səfərdə Qazaxıstana yola düşəcək. Nümayəndə heyətinin tərkibinə hakim “Mülki müqavilə” partiyasının üzvləri də daxil olacaq.

Erməni mətbuatı yazır ki, prezidentin səfərləri dövlətə çox baha başa gəlir.

“Çünki Vaaqn Xaçaturyan xaricə gedəndə özü ilə 30-35 nəfərlik nümayəndə heyəti aparır. Dekorativ prezidentin səfərlərinin effektivliyi isə sıfırdan yuxarı deyil”, - “Hraparak” vurğulayıb.

Geri qayıt