Əsas Səhifə > Güney Press > Qusarda 27 yaşlı müəllim vəfat etdi

Qusarda 27 yaşlı müəllim vəfat etdi


Bu gün, 10:14
Qusarda 27 yaşlı müəllim vəfat etdi
Qusar şəhərindəki 4 saylı tam orta məktəbin informatika müəllimi Zərif Radəl qızı Zöhrabova vəfat edib.

Bu barədə Bizim.Media-ya Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar sektorundan məlumat verilib.

Bildirilib ki, 27 yaşlı Zərif müəllim xəstəlikdən əziyyət çəkirdi, uzun müddətdir müalicə olunurdu. Məlumata görə, çox bacarıqlı və öz üzərində işləyən Zərif Zöhrabova STEAM layihələri ilə işləyirdi, informatika fənnini şagirdlərə sevdirə bilmişdi.

Mərhum bu gün Qusarın Düztahir kənd məzarlığında torpağa tapşırılacaq.

Geri qayıt