Əsas Səhifə > Güney Press, Partiya > Azərbaycan separatçıları cəzalandıracaq...

Azərbaycan separatçıları cəzalandıracaq...


Bu gün, 09:06
Azərbaycan separatçıları cəzalandıracaq...
Erməni əslli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsindən bir il ötməsi ilə əlaqədar ABŞ-də və Qərbdə ona işləyən PR maşınları yenidən işə düşüb.

Artıq uzun müddətdir ki, Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-nin “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat yayıb.

Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirlərinin ardından torpaqlarımızda separatçılıqla məşğul olan erməni əsilli oliqarx Ruben Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladılıb.

Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Kampaniyanın müəllifi Ermənistan üçün müxtəlif səpkili kampaniyalar həyata keçirən və Ruben Vardanyanla sıx əlaqələri olan ABŞ-nin “Edelman” PR şirkətidir.

Halbuki bu adamlar hərbi cinayətkardırlar. Hec bir ölkənin qanunvericliyi hərbi cinayətkarı əfv etmir.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, heç bir kampaniya, heç bir təzyiq Azərbaycanı öz yolundan döndərə bilməyəcək:

“Ruben Vardanyan cinayətkardır. Vardanyan ayrı-ayrı dövlətlərin hüquq sisteminə zidd olan beynəlxalq səviyyədə çirkli pulların yuyulmasında həlledici rol oynayıb. Digər tərəfdən 44 günlük müharibədən sonra ya özünün təşəbbüsü, ya da kiminsə təşəbbüsü ilə Rusiya vətəndaşlığından çıxıb qeyri-qanuni yolla Azərbaycanın tarixi ərazisi, Xankədinə gəlib və burada separatçılıq fəaliyyəti ilə məşğul olub.

Vardanyan keçmiş qondarma qurumda “dövlət naziri” vəzifəsinə təyin olunub və Azərbaycanın yeraltı sərbətlərini qanunsuz şəkildə Ermənistana daşıyıb. Qanunsuz yolla istismardan əldə etdiyi vəsaiti Qarabağdakı separatçıların silahlandırılmasına xərcləyib.

Vardayanın əməlləri Azərbaycanın Cinayət Məcəlləsinin bir çox maddələrinə əsasən cinayət hesab olunur. Ona görə də “Edelman” və ona bənzər şirkətlər pul müqabilində bu cür insanların azadlığa çıxması üçün fəallıq göstərir. Bəzi hallarda onlar zəif dövlətlərdə buna nail olurlar.

Uzun müddət ərzində aparılan bu kampaniya Azərbaycana təzyiq xarakteri daşıyır. Halbuki Vardanyanın azadlığa çıxması qeyri-mümkündür, bu, baş tutmayacaq. Çünki Azərbaycan çox güclü, möhkəm və qanunun aliliyinə hörmət edən bir dövlətdir.

Heç bir əsası olmayan imzatoplama kampaniyaları həyata keçirən, fəaliyyətini pul üzərində quran “Edelman” kimi şirkətlər beynəlxalq hüquq normalarını tapdalayan cinayətkarların cinayət məsuliyyətindən azad olunması tələb edən bəyanatları heç bir nəticə verməyəcək.

Azərbaycan dövlətinə, xalqına qarşı cinayətlər törədən erməni separatçıları ədalət məhkəməsinə çıxarılacaq və onlara lazımi cəza veriləcək. Qərbdə heç kəsin buna şübhəsi olmasın, Azərbaycanın iradəsi buna yetir”.

Geri qayıt