Əsas Səhifə > Güney Press > "Hizbullah" kollektiv idarəçiliyə keçdi
"Hizbullah" kollektiv idarəçiliyə keçdi8-10-2024, 17:31 |
“Hizbullah” hərəkatı, baş katibi Şeyx Həsən Nəsrullahın öldürülməsindən sonra kollektiv rəhbərlik sisteminə keçir. Publika.az xəbər verir ki, bu barədə “Asharq al-Awsat” nəşri məlumat yayıb. “Nəsrullahdan sonra baş katib vəzifəsinə heç kimin namizədliyi irəli sürülməyib. Hazırda hərəkat kollegial şəkildə idarə olunur”, - nəşr qeyd edib. Qəzet “Hizbullah”a hərəkatın nümayəndəsi İbrahim Əmin əl-Sayidin rəhbərlik edəcəyi barədə məlumatı təkzib edib. Nəşrin məlumatına görə, “Hizbullah” müharibənin sonuna qədər kollektiv şəkildə idarə olunacaq. Digər təfərrüatlar nəşrdə qeyd edilmir. Geri qayıt |