Əsas Səhifə > Güney Press > “Erməni sevgisi” virusuna yoluxanlar:
“Erməni sevgisi” virusuna yoluxanlar:8-10-2024, 17:06 |
"ABŞ-nin Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək”. Bunu politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a çıqlamasında ABŞ-nin Azərbaycana qarşı riyakar və qərəzli münasibətinin səbəblərini şərh edərkən bildirib. O bildirib ki, ABŞ da Fransa kimi ermənipərəst dövlət olduğunu nümayiş etdirir: “Məhz otuz il ərzində Azərbaycanın torpaqları erməni işğalı altında olanda nə Ağ Ev, nə də ABŞ konqresmenləri buna etiraz etmirdilər. Əksinə Azərbaycanın ərazisi Ermənistanın təcavüzünə məruz qalan zaman ABŞ Senatı Azərbaycana hərbi yardımları qadağan edən 709 saylı sənədi qəbul etdi.Yəni Vaşinqton əvvəldən də ermənipərəst mövqe tuturdu. Hazırda ABŞ-nin Azərbaycana münasibətində qəzəb nümayiş olunur. Bu qəzəbin mahiyyəti budur ki, ABŞ-nin və kollektiv Qərbin Cənubi Qafqazda təsir mexanizmi olan erməni layihəsini Azərbaycan tamamilə sıradan çıxarıb. Yəni Azərbaycan Qərbin razılığı olmadan Qarabağda erməni separatizminə son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Qərbin qəzəbi məhz bundan qaynaqlanır. ABŞ erməni faktoru üzərindən Azərbaycana təzyiq göstərmək imkanlarını itirib. Bildirim ki, ABŞ başqa ölkələrlə münasibətdə anlaşmağa yox, məcbur etməyə vərdiş edən bir dövlətdir. ABŞ Azərbaycana təzyiqlər göstərməklə rəsmi Bakını onun geosiyasi maraqlarına uyğun mövqe tutmağa vadar edir. Rəsmi Bakı isə müqavimət göstərir, yalnız milli maraqlarına uyğun öz xarici siyasət kursunu yürüdür. Bu, ABŞ tərəfindən xoş qarşılanmır. Vaşinqton istəyir ki, Azərbaycan Ağ Evin təlimatlarını icra edən dövlətə çevrilsin. Azərbaycan bununla razılaşmır və razılaşmayacaq da. Hesab edirəm ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı təzyiqlər artacaq. Bayden administrasiyası Azərbaycana təzyiqləri artırmaqla həm erməni lobbisinin dəstəyini qazanmağa, həm də erməni icmasının səslərini Kamala Harrisin xeyrinə yönəltməyə çalışır. Amma ABŞ-nin təzyiqləri heç bir nəticə verməyəcək. Vaşinqtonda əvvəl-axır anlayacaqlar ki, Cənubi Qafqazda güclü siyasi iradəyə malik olan yeganə dövlət Azərbaycandır və rəsmi Bakı ilə anlaşmaq lazımdır”. Geri qayıt |