Əsas Səhifə > Güney Press > Azərbaycanla Ermənistan arasında
Azərbaycanla Ermənistan arasında8-10-2024, 15:19 |
Son günlər sosial mediada Ermənistanın yenidən silahlanması barədə xəbərlər yayılır. Ermənistanın KİV-ində bu barədə məlumatlar sızdırılıb. Məlumatda Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalandığı bildirilib. Bəs görəsən Ermənistanın bu addımı Azərbaycanla yenidən müharibəyə hazırlaşdığına dair bir mesajıdır? Mövzu ilə bağlı Sonxeber.az – a danışan politoloq Turan Rzayev bildirib ki, indiki məqamda Ermənistanın silahlanması üçün heç bir əsas yoxdur: "Ermənistan sülhdən bəhs etsə də təəssüf ki, yanaşmaları qalıcı sülhə xidmət etmir. Sülh müqaviləsi istədiklərini biz də başa düşürük, amma Ermənistan Azərbaycanın təklif etdiyi bəzi mənbələrdə 16, bəzi mənbələrdə 19 maddəli sülh sənədinin konkret 3 maddəsi ilə razılaşmır və bu maddələrlə razılaşmadan sülh müqaviləsinin imzalanmasını istəyir. Bu da diplomatik sferada prosesi dayandırır, irəliləyişə maneəçilik törədir. Azərbaycan birmənalı sülhün əldə edilməsini istəyir. Bunun üçün də Ermənistan sülh müqaviləsini imzalamalıdır. Amma Ermənistanın mövcud razılaşdırılmış bəndlər əsasındakı sülh müqaviləsi tələbi hiyləgər addımdır. Bu prosesin ilkin etabının çiy bitməsinə gətirib çıxarır və gələcəkdə münaqişənin alovlanması üçün açıq arqumentlər yaradır. Buna görə də rəsmi Bakının bu məsələdəki mövqeyi doğrudur. Ermənistan intensiv şəkildə silahlanır və bu silahlar heç də müdafiə xarakterli deyillər. Onların içərisində kütləvi qırğın və hücum silahları mövcuddur. Belə olan təqdirdə Azərbaycan da yenidən silahlanma barədə düşünür. Biz onsuz da ordumuzu yeniləyirik amma daha intensiv silahlar əldə etmək barədə addımlar atıla bilər. Çünki silahlanmanın bir adı var – regionda yeni eskolyasiyanın yaranması. Ermənistanın silahlanması buna gətirib çıxarır. Məntiqlə indiki məqamda Ermənistanın silahlanması üçün heç bir əsas yoxdur. Amma buna baxmayaraq Ermənistan tərəfi silahlanır və bu silahlanma prosesini başda Fransa Hindistan olmaqla müxtəlif ölkələr üzərinə götürüb. Onlar silahları ya çox ucuz ya da pulsuz verirlər. Bu da öz növbəsində diplomatik sferadakı atmosferi gərginləşdirir". Geri qayıt |