Əsas Səhifə > Güney Press > Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb

Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb


5-10-2024, 14:14
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman
Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start
götürüb.
Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və
ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq,
habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda
şanlı Zəfər tarixini təbliğ etməkdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə
gənclərlə görüşüb.
İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara
Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən
Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması
nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə
məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə
və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan
olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan
dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb
müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83
çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə,
18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən
ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050
baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə
qarşı Azərbaycanın Stalinqradı” olub.
Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik
düşərgəsində "Mübarizlər", "Aslanlar", "Canavarlar", "Şahinlər" və "Əqrəblər"
komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən
sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi
təlimlər keçiriləcək.
Düşərgədə Azərbaycan Xarici Dillər Universitetinin 48 gənci birincilik uğrunda
mübarizə aparacaq.

diaaz.space

Geri qayıt