Əsas Səhifə > Güney Press > Ədalət Şükürovun Ayda torpağı var

Ədalət Şükürovun Ayda torpağı var


Bu gün, 13:05
Ədalət Şükürovun Ayda torpağı var
Əməkdar artist Ədalət Şükürov illər öncə ictimaiyyətin diqqətini çəkmiş bir məslə ilə yenidən gündəmə gəlib.

Lent.az-ın xəbərinə görə, o, Ayda torpaq sahibi olması barədə iddialara cavab verib. Ədalət Şükürov Ayda torpaq sahibi olmadığını deyib.

Qeyd edək ki, təxminən 15 il əvvəl Ədalət Şükürov şou proqramlardan birində ona Aydan torpaq hədiyyə edildiyini demişdi. İddialara görə, bir zamanlar Rusiyada yaşamış müğənniyə dostları ad günündə Aydan torpaq sahəsi hədiyyə ediblər.

“Sankt-Peterburqda bir idarə var idi, torpaqları satırdı. Ay heç kimindir. Amma oradan torpaq satılırdı. Bu torpağı mənə ad günümə hədiyyə etmişdilər. Torpağın sənədləri, xəritəsi var məndə” deyə ədalət bildirmişdi.

Geri qayıt