Əsas Səhifə > Güney Press > Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu

Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu


Bu gün, 12:17
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu
5 oktyabr tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov, rayon icra hakimiyyətinin məsul işçiləri, məktəb direktorları və
müəllimlər iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara
əmək fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini
verməkdədir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən
kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin
bariz nümunəsidir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-
tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya
texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
çıxışını “Bizim tərbiyə etdiyimiz şagirdlər Vətən Müharibəsində
qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad etdilər.
Vətən Müharibəsinə könüllü gedən onlarla müəllimlərimiz şəhid, qazi
oldular” cümlələri ilə tamamladı.
Tədbir zamanı çıxış edən müəllimlər Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban
Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son
illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi
istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər
nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli
şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın
gücləndiyini, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə
yüksəldiyini qeyd etmişlər.
Tədbirin sonunda pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc
nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “5 Oktyabr - Beynəlxalq
müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən müəllimlər
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli
hədiyyə ilə təltif edildilər.

Dia-az.Media

Geri qayıt