Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cabbarovun ayağı abituriyentlərə düşmədi?
Mikayıl Cabbarovun ayağı abituriyentlərə düşmədi?7-04-2014, 13:01 |
![]() Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il ali məktəblərə qəbul imtahanlarının vaxtını dəyişib. Məlum olduğu kimi, əvvəlki illərdən fərqli olaraq, proses yay ayında deyil, may ayında reallaşacaq. JAM.AZ-a daxil olan məlumata görə isə TQDK-nın imtahanın vaxtını dəyişdirməsi, Hərbi Komissarlıqların işinə yarayıb. Məlumatlarda deyilir ki, əsas problem 18 yaşının tamam olmasına 1 ay qalan gənclərlə bağlı yaranır. Belə ki, həmin abturyentlərdən tələb olunur ki, Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd alsınlar. Əks təqdirdə, onların imtahana buraxılması mümkün olmayacaq. Validyenlər deyirlər ki, bu, pul yığmaq üçün növbəti tələlərdən biridir. Onların sözlərinə görə, imtahanlar mayda keçiriləcəyi halda, iyulda yaşı tamam olan gəncdən bu sənədin istənilməsi ondan pul qoparmağın əyani sübutudur. Validyenlərin JAM.AZ-a verdiyi məlumatlarda o da qeyd edilir ki, hal hazırda Hərbi Komissarlıqlarda möhlət hüququ 3000 manat müqabilində həllini tapır. Geri qayıt |