Əsas Səhifə > Güney Press > Gənclər arasında işsizlik səviyyəsi

Gənclər arasında işsizlik səviyyəsi


Bu gün, 18:05
Gənclər arasında işsizlik səviyyəsi
Dünyada 15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə Anqola hesab olunur.
Yeniavaz.com “Trading Economics” portalına istinadən xəbər verir ki, Anqolada gənclərin 63,5%-i işsizdir.
Gənclər arasında işsizlik səviyyəsinin ən aşağı olduğu ölkə isə İsveçrə hesab olunur. Bu ölkədə 15-24 yaş arası gənclərin cəmi 2,7%-i işsizdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda 15-24 yaş arası gənclərin 13,1%-nin işsiz olduğunu açıqlayıb. Gənc oğlanlar arasında bu göstərici 11,8%, gənc qızlar arasında isə 14,8% olub.
Məlumat üçün onu da bildirək ki, keçmiş SSRİ və qonşu ölkələr arasında işsiz gənclər ən çox Estoniyada, ən az Qazaxıstandadır.
Keçmiş SSRİ və qonşu ölkələrdə 15-24 yaş arası gənclər arasında işsilzik səviyyəsi aşağıdakı kimi olub:
Estoniya – 22,7%
Gürcüstan – 21%
Litva – 20,5%
İran – 20%
Ukrayna (2021-ci il) – 19.1%
Ermənistan – 18,9%
Türkiyə - 16,6%
Latviya – 16,6%
Azərbaycan – 13,1%
Rusiya – 12,7%
Belarus – 10,2%
Moldova – 7,6%
Qazaxıstan – 3,2%

Geri qayıt