Əsas Səhifə > Güney Press > Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib


Bu gün, 17:58
Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsinin Tərtər
təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə
təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Beynəlxalq
Müəllimlər Günü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad
ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin Akt zalında davam etdirilib. Dövlət
himni səsləndirilib və torpaqlarımızın suverenliyi uğrunda canlarından
keçmiş şəhidlərin və dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibətilə təbrik edib.
Rayon rəhbəri bildirib ki, Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü
UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu günün qeyd
edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq,
dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri
qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
Müstəqil Azərbaycan Respublikasında isə Beynəlxalq Müəllimlər Günü
1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət
ayrılır.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən
asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada
müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək
qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi
vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən
kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin
mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı
dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması,
fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və
yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin
daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş
ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil
müəssisələrinin tikintisi və təmiri davam edir. Xatırladaq ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev şəxsən Xankəndində, Şuşada,
Fizulidə, Laçında istifadəyə verilən məktəblərin açılışında olub, Qarabağ
Universitetində tələbələrlə, müəllimlərlə görüşüb.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri davam
edir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını
aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait
yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda
təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının
möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq
evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu
sahənin inkişafında mühüm rol oynayıb.
Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.
Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən
sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin
tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik
Xoruzlu kənd tam orta məktəbi, 2023-cü ildə isə Heydər Əliyev Fondu
tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi
tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni
binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdə təmir işləri
aparılmışdır
İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş
ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Bütün
bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı,
müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Sonra rayon təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Talış kənd tam
orta məktəbin direktoru, şəhid anası Afidə Mirzəliyeva, Sarıcalı kənd tam
orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Seyidimli kənd tam orta
məktəbinin direktoru Nurəddin İbrahimov, Kəngərli kənd tam orta məktəbin
direktoru Elçin Mirzəyev , Hacıqərvənd kənd tam orta məktəbin müəllimi
Gülnarə Həsənova, YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış
ediblər.
Çıxışlarda qeyd olunub ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsində
bu il rayonumuzun umumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan
421 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən
məzunlardan 285 nəfər müxtəlif ali təhsil müəssisələrinə, o cümlədən 5
nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə, 5 nəfər isə
Cəmşid Naxçıvanski adına liseyə qəbul olmuşdur. Onlardan 9 nəfər 600-
dən, 33 nəfər isə 500-600 arası bal toplamışdır. 600-dən yuxarı bal
toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan
məzunların sayı isə 12 nəfər artmışdır.
Bu il lX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə
sənəd vermiş və113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən
illə müqayisədə 67 nəfər çoxdur.Əldə olunan müvəffəqiyyətlər müəllimlərin
gərgin əməyinin nəticəsidir.
Bizim rayonda onlarla “Əməkdar” və “Tərəqqi” medallı müəllimlərimiz var.
Bu respublika prezidenti cənab İlham Əliyevin təhsilə,müəllimlərə
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Tədbiri yekunlaşdıran rayon rəhbəri bir daha bütün müəllimləri peşə
bayramları münasibəti ilə ürəkdən təbrik edib.Bir qrup müəllimə rayon icra
hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman təqdim olunub.

Dia-az.Media

Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Geri qayıt