Əsas Səhifə > Güney Press > "Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”

"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”


Bu gün, 17:56
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”
“İran-İsrail arasındakı son qarşıdurma hələ çox uzun vaxt aparacaq. Bu gedişlə Yaxın Şərqin başında hələ çox bəlalar gözlənilir. ABŞ-nin 2005-2009-cu illərdə hakimiyyətdə olmuş keçmiş Dövlət katibi Kondoliza Raysın proyekti vardı bu region haqqında... Belə çıxır ki, hadisə və proseslər o istiqamətdə gedir. Çünki son vaxtlar baş verənlərdə məhz həmin layihənin- yeni geo-siyasi xəritənin cizgiləri görünür. Təəssüflər olsun ki, belə bir proses gedir. İndi hələki sakitləşmiş erməni ideoloqların bir vaxtlar hay-küylə “Böyük Ermənistan” dediyi kimi, İsrailin də bir sıra ideoloqları “vəd olunmuş torpaqlar” əsasında qurulacaq “Böyük İsrail” xəritəsini reallaşdırmaq üzərində çalışırlar. Həmin “Böyük İsrail”i yaratmaq üçün isə dörd dövlət çökməlidir: İraq, Suriya, İran və... Gerisindən Allah saxlasın... Ərdoğan artıq açıq şəkildə dedi... Və belə çıxır ki, həmin layihədə 4-cü dövlət də Türkiyədir. Bu minvalla regionda gərginlik daha da artacaq. Və təəssüf ki, nə elə bir regional, nə də beynəlxalq təşkilat yoxdur ki, baş verənləri tənzimləsin və bu proseslərin qarşısını alsın”.

Bu fikirləri Moderator.az-a açıqlamasında regiondakı son hərbi-siyasi gərginliyin nəticələrindən danışan Azərbaycann İrandakı sabiq səfiri Abbasəli Həsənov ifadə edib.

“Bəs sizcə, hazırkı gərginlik 3-cü Dünya savaşına gətirib çıxara bnilərmi?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Adam heç dilinə belə, gətirmək istəmir... Amma görünən odur ki, dünyadakı ictimai-siyasi, hərbi və iqtisadi prosesləri idarə edən hegemon güclər heç nəyə baxmadan hərəkət edirlər... Məsələn, vaxtilə kimin ağlına gələrdi ki, Rusiya və Ukrayna arasında belə bir dəhşətli müharibə olacaq. Artıq 2 il yarımdan çoxdur ki, həmin dəhşət davam edir. Və heç təxminən də proqnozlaşdırmaq mümkün deyil ki, bu qarşıdurma nə vaxt bitəcək. Bu gedişlə hələ dayanmayacaq və heç bir tərəf də qələbə çala bilməyəcək. Bu qədər dağıntılar, bu qədər ölüm... Artıq hər iki tərəfdən ümumilikdə həm mülki, həm də hərbi şəxslər daxil olmaqla artıq bəlkə də 1 milyondan çox insan həlak olub...

Bilirsiz, belə hadisələr tarixən də baş verib. Demək olar ki, hər yüzillikdə bu cür siyasi tektonik proseslər özünü göstərir. Müharibələr, dağıntılar, ölümlər, zülmlər, məşəqqətlər... Bir müddət sonra isə hansısa bir istəklərə nail olduqdan sonra müəyyən yeni düzən, nizam yaradırlar. Və 70-80 il keçdikdən sonra oxşar faciə və fəlakətlər yenidən təkrarlanır... Və görünür, bu minvalla hazırkı hərbi-siyasi qarşıdurmalar, savaşlar, qətliamlar ən azı 2030-cu ilədək davam edəcək. Ondan sonra qəribə bir düzən peyda olacaq; pis-yaxşı, pis-yaxşı, mənfi-müsbət, mənfi müsbət... Və sonda yenə də həmin qlobal güclər regionları münaqişələr yoluyla yönəltməkdə davam edəcəklər...”

Geri qayıt