Əsas Səhifə > Güney Press > Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?


Bu gün, 17:20
Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?
Son günlər qarşıdan gələn Zəfər günü münasibəti ilə əfv sərəncamının olub-olmayacağına dair müzakirələr aparılır. Bəs görəsən Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən hüquq müdafiəçisi Əliməmməd Nuruyev bildirib ki, Əfv fərmanının imzalanması gözlənilən deyil:

"Əfv fərmanının imzalanıb-imzalanmayacağı ilə bağlı hər hansı dəqiq məlumata sahib deyiləm. Çünki Əfv fərmanı prezident tərəfindən verilir və onun nə zaman imzalanacağı, kimlərin daxil olacağı ancaq onun tərəfindən müəyyən edilə bilər. Hazırda Əfv Məsələləri Komissiyasının iclasları keçirilmir. Çünki qarşıda bizi çox böyük tədbirlər gözləyir. Bütün dövlət qurumlarının, yüksək vəzifəli şəxslərin, rəsmilərin iştirak etdiyi COP29 ərəfəsində güman etmirəm ki, Əfv fərmanı imzalansın. Çünki bütün diqqətlər COP29 -un yüksək səviyyədə təşkilinə yönəlib. Bu istiqamətdə çox böyük işlər görülür. Bu səbəbdən düşünürəm ki, hazırki şəraitdə Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilmə ehtimalı azdır".

Geri qayıt