Əsas Səhifə > Güney Press > Böyük təhlükə: İran Rusiyadan kömək istəyir

Böyük təhlükə: İran Rusiyadan kömək istəyir


Bu gün, 17:17
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir
İsrail “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdükdən sonra İran bu ölkəyə 180 ballistik raket atıb. İndi İran İsraildən zərbə gözləyir və artıq Rusiyadan peyk kəşfiyyatı üçün kömək istəyib.

Reyting.az xəbər verir ki, bu barədə “New York Times” yazıb.

Müharibə planından məlumatlı olan və açıq danışmaq səlahiyyətləri olmayan iki yüksək rütbəli iranlı deyib ki, ölkələri İsrailin hücumu öncəsi Rusiya ilə peyk kəşfiyyatı sahəsində əməkdaşlıq etməyə çalışır.

Nəşrdə bu məsələ ilə bağlı başqa təfərrüatlar verilmir. Xüsusilə Rusiyanın bu sorğuya cavab verib-vermədiyi dəqiqləşdirilməyib.

Ukrayna mediası isə öz mənbələrinə istinadla yazır ki, İsrail son raket hücumuna cavab olaraq İranın nüvə obyektlərinə “simvolik” hücum edə bilər. Bu fikri İsrailin keçmiş baş naziri Ehud Barak deyib. Bununla belə, siyasətçi İsrailin İranın neft sənayesinə qarşı irimiqyaslı hava hücumu edəcəyi ehtimalını da proqnozlaşdırır.

Geri qayıt