Əsas Səhifə > Güney Press > Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu

Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu


Bu gün, 16:30
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
“Azərbaycan Beynəlxalq Bankı” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasında təmsil olunmaq barədə qərar verdi

FED.az
xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müraciətinə cavab olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən bankın əməkdaşları Kərimova Sevinc Ramiz qızı və Mikayılov Elvin Tofiq oğlu Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Bankın təklif etdiyi şəxslər Cəmiyyətin sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın tərkibinə Azərbaycanda fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş şəxslər üzv təyin olunub. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 13-ə çatıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.

Geri qayıt