Əsas Səhifə > Güney Press > Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar

Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar


Bu gün, 15:59
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar
Bu gün ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində
düşmən işğalından azad edilən ərazilərimizdə genişmiqyaslı abadlıq-
quruculuq işləri həyata keçirilir, şəhər, qəsəbə və kəndlərimz bərpa edilir,
tam yeni infrastruktur yaradılır. Eyni zamanda keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı prossesi də sürətlə davam edir. Onlar üçün yeni
fərdi və çoxmənzilli yayayış evləri, sosial obyektlər inşa edilir. Eyni
zamanda burada məskunlaşan insanların məşğulluq məsələlərinin həlli
istiqamətində addımlar atılır, yeni-yeni iş yerləri yaradılır.
Vətən müharibəsinin başa çatmasından sonra ölkə başçısı cənab
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilən ərazilərə
çoxsaylı səfərləri baş tutub. Hər bir səfər yeni-yeni sənaye, sosial və digər
obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasimləri ilə yadda qalıb.
Bu ərazilərdə keçirilən mərasimlər və məskunlaşan insanlarla görüşlərdə
ölkə rəhbərinin çıxışları, bu zaman verilən bəyanatlar dünya mətbuatının
diqqət mərkəzində olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan
azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də, bu il ininci dəfə qeyd
edilən Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub. Ölkə başçısı Cəbrayıl və
Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin
təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz
məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində
Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının,
“Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə
Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su
Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-
nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq”
müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci
və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə
başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və
sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin
tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış
olub.
Bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyan tədbirlərdən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış
kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə
mənzillərin açarlarını təqdim ediblər.
Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra
məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda
aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə
işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu
keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən
dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq
planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident
İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni
gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci
yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən
görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu
bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan
azad edilmiş birinci şəhər idi.
“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın
kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq
şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi
əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı
Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət
göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.
Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim
Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir,
hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi
Qələbədir”.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi
ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda,
güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə
bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən.
Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox
başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu
etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti
bundan sonra ancaq artacaq”.
Ölkə başçısı Azərbaycana qarşı olan düşmənçilik siyasətinin
dayanmadığını bildirib. Qeyd edib ki, “Amerika Konqresinin 60
ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək
üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti
vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq
bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
Dövlətimizin başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim
ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət
Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə
yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni,
özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək
üçün”.
Xüsusi olaraq vurğulanıb ki, “Bugünkü gün anti-Azərbaycan qüvvələr
üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz
olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan,
heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz
övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər.
Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da
deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət
gedə bilər?”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz ancaq öz
gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı
ifadələrə aldanmamalıyıq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.Media

Geri qayıt