Əsas Səhifə > Güney Press > “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib”

“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib”


Bu gün, 13:56
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib”
Noyabrda keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində Azərbaycan beynəlxalq aləmdə bəzi dairələr tərəfindən informasiya hücumlarına məruz qalır.

Bu ittihamlar ölkəmiz haqqında mənfi imic yaratmağa çalışan erməni lobbisi və digər maraqlı tərəflərin fəal dəstəyi ilə yayılır.

Burada Ermənistanın qlobal iqlim sammiti olan COP29-a ev sahibliyi etmək üçün Azərbaycanın əsas rəqibi olduğunun dönə-dönə qeyd olunması xüsusi diqqət çəkir. Erməni mənbələrində, eləcə də onlara dəstək verən xarici mətbuatda irəli sürülən iddialar faktlara əsaslanmır və yalnız beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq məqsədi daşıyır.

İlk baxışdan da görünür ki, bu ittihamlar və ölkəmizin ünvanına səsləndirilən böhtanlar Azərbaycanın xüsusilə son zamanlar artan beynəlxalq imicinə, nüfuzuna zərbə vurmaq üçün aparılan çoxillik kampaniyanın tərkib hissəsidir. Bu cür bəyanatlar ölkənin dünya miqyasında qazandığı uğurları, eləcə də Bakının Ermənistanla sülh yolu ilə nizamlanma yaratmaq istəyini arxa plana atmaq cəhdidir və heç bir nəticə verməyəcək.

Azərbaycana qarşı bu çirkin kampaniyanın 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatından sonra daha da intensivləşməsi onların eyni dairədən idarə olunduğu qənaətini formalaşdırır. Görünən odur ki, Azərbaycanın öz gücünə torpaqlarını 30 illik işğaldan azad etməsi, suverenliyimizin tam bərpa olunması, müharibə dönəmində və ondan sonra da Prezident-Ordu-Xalq birliyi bəzi qüvvələri ölkəmizə qarşı səfərbər edib.

COP29 ərəfəsində böhtan kampaniyasının daha da intensivləşməsi bunu söyləməyə əsas verir.

"COP29 kimi tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir və təbii ki, Azərbaycan bu tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edəcək".

Bunu rusiyalı politoloq Darya Qrevsova “Cümhuriyət” qəzetinə mövzu ilə bağlı danışarkən deyib. O qeyd edib ki, Qərbdən, ABŞ-dən və erməni lobbisindən hücumlar gözlənilən idi:

“Bu, Azərbaycan üçün ilk dəfə deyil. Bakıda keçirilən Birinci Avropa Oyunlarını xatırlamaq yetər. Bu oyunlar zamanı kifayət qədər güclü anti-Azərbaycan kampaniyası aparıldı. Bu, həm də bir tərəfdən beynəlxalq arenada nüfuzlu geosiyasi oyunçu olan Azərbaycanın özünü ən yaxşı tərəfdən göstərməsi, digər tərəfdən Azərbaycanı uğurlu ölkə kimi görmək istəməyən erməni lobbisinin fəaliyyəti ilə bağlı idi.

Məhz Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, COP29 və digər tədbirlər ölkənizi həqiqətən də gündəmi müəyyən edə biləcək mühüm siyasi oyunçuya çevirir. Prezident İlham Əliyev bunun üçün hər şeyi edir. Biz Azərbaycanın müstəqil siyasət apardığını görürük. Bu, Qərb ölkələrini, ABŞ-ni və erməni lobbisini qıcıqlandırır. Çünki onlar mümkün qədər daha çox ölkələri özlərindən asılı vəziyyətə salmağa çalışırlar”.

Politoloq vurğulayıb ki, Qərb Azərbaycanla bunu edə bilməyəcək:

"Dünya elitası iqlim məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək. ABŞ və erməni icması istəmir ki, Azərbaycana gedənlər ölkənin inkişafını və uğurlu olduğunu, ölkə rəhbərliyinin belə bir tədbirin təşkilinə nə qədər ciddi yanaşdığını görsünlər.

Təbii ki, Azərbaycan müsbət təəssürat yaradacaq, buna görə də paxıl erməni lobbisi Azərbaycana böhtan atmaq üçün əlindən gələni etməyə çalışacaq, amma buna nail ola bilməyəcək. Çünki Azərbaycan nə edəcəyini bilir. Azərbaycanın dünya miqyasında tədbirlər keçirmək təcrübəsi var.

Təbii ki, tədbirdə gələcəkdə bütün planetə öz təsirini göstərəcək mühüm qərarlar veriləcək. Çünki iqlim dəyişikliyi hər bir insana təsir edir və hər bir dövlət başçısı bunu başa düşür.

Ümid edirəm ki, Azərbaycanın himayəsi, İlham Əliyev kimi ziyalı lider və müdrik rəhbərin himayəsi altında COP29-da planetimizin mümkün qədər uzun müddət yaşıl, gözəl və ekoloji cəhətdən təmiz qalmasına kömək edəcək düzgün qərarlar qəbul olunacaq”.

Geri qayıt