Əsas Səhifə > Güney Press > Qadın bacısına söyüş söyən qonşusunu döydü

Qadın bacısına söyüş söyən qonşusunu döydü


Bu gün, 11:11
Qadın bacısına söyüş söyən qonşusunu döydü
Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Lamiyə Hacıyeva (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən yataqxanaların birində qeydə alınıb.

Belə ki, Lamiyə Hacıyeva dəhlizdə qonşusu, zərərçəkmiş İlahə Nəbiyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun bacısını nalayiq ifadələr işlətməsi səbəb olub. Bu zaman o, İlahənin saçlarından tutub başını aşağıya əyərək sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirib.

Hadisədən sonra Lamiyə Hacıyeva cinayət məsuliyyətinə cəlb edilib.

Geri qayıt