Əsas Səhifə > Güney Press > Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilibBu gün, 18:54 |
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. "Report" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub. Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb. Geri qayıt |