Əsas Səhifə > Güney Press > “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...”

“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...”


Bu gün, 17:38
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...”
Nə qədər ki, İrəvanla Bakı arasında sülh sazişi yoxdur, hər zaman hərbi toqquşma təhlükəsi var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, bu riskləri unutmaq olmaz, bu haqda danışmaq lazımdır.

“Dünən baş nazir (Nikol Paşinyan) bir neçə dəfə sülh müqaviləsini xatırlatdı. Həmin müqavilənin müddəalarının dərci hazırda mümkün deyil, çünki biz danışıqlar mərhələsindəyik. Müxalifətin qaldırdığı bir sıra məsələlər indiki reallığa əsaslanmır. Bütün mümkün məlumatları ictimaiyyətimizə təqdim etmişik”, - Ovannisyan əlavə edib.

Geri qayıt