Əsas Səhifə > Güney Press > Erməni politoloq nədən narahatdır?

Erməni politoloq nədən narahatdır?


Bu gün, 17:34
Erməni politoloq nədən narahatdır?
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandan hərbi cinayətlərə görə üzr istəməsini tələb edir.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants bildirib: “Ermənistan dağıdıcı mövqelərindən əl çəkməli, kütləvi məzarlıqların xəritəsini təqdim etməli və günahkarları cəzalandırmalıdır” deyərək, Azərbaycan Prezidentindən sitat gətirən Surenyants əlavə edib ki, özümüzü çaşdırmayaq:

“Çünki Azərbaycan prezidentinin bəyanatları heç də təbliğat xarakteri daşımır. Paşinyan dəfələrlə bəyan edib ki, konstitusiyanı dəyişdirməsək, biz məhv olacağıq. Bununla da baş nazir Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsinə eyham vurur. Qorxuram ki, yaxın gələcəkdə Paşinyan birinci Qarabağ müharibəsinin “qəhrəmanları”nı cəzalandırmaq haqqında sərəncam imzalasın”, – deyə politoloq yazır.

Geri qayıt