Əsas Səhifə > Güney Press > Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır

Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır


Bu gün, 12:07
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır
Tələbələrin əksəriyyəti illik təhsil haqqı, ev ödənişi, yol pulu, gündəlik xərclər və bu kimi maddiyat tələb edən problemlərin həlli üçün işləmək məcburiyyətində qalırlar. Amma dərs saatları sadəcə part time işləməyə imkan verir. Bu halda isə tələbələrin iş tapması çətinləşir. Bu gün tələbələr iş yerlərində yarı günlük vakansiyaların olmamasında narazıdırlar.

Bəs görəsən niyə iş yerləri part time işçi götürməkdən boyun qaçırırlar?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosiloq Lalə Mehralı bildirib ki, buna səbəb işə götürənin boş qalan yarım gün üçün işçi tapmaqda çətinlik çəkməsidir:

"Tələbələrin əksər hallarda dərsləri olduğu üçün yarı gün işləməyə məcbur olurlar. Amma belə olan halda sahibkarlar yarı gün üçün işə qəbul etməkdə maraqlı olmurlar. Çünki işəgötürən vakansiyaları bütöv gün üçün təyin edir. Əgər tələbə sadəcə günün yarısını işləyə bilirsə, bu zaman işəgötürən üçün boş qalan yarım günə başqa işçi tapmaq çətinləşir. Bu səbəblə tələbələr ən yaxşı halda kuryer işləyərək və ya küçələrdə müxtəlif reklam elanları paylayaraq pul qazanırlar. Burdan əldə etdikləri qazanc isə kifayət qədər deyil. Düşünürəm ki, tələbələr üçün part time iş imkanlarının yaradılmasına ehtiyac var. Çünki vəziyyət günü-gündən çətinləşir. Tələbələr özləri öz xərcliklərini çıxarmaq istəyirlər. Əksər ailələrin maddi vəziyyəti ağırdır bu səbəblə gənclər öz xərclərini özləri ödəmək üçün işləməyə məcburdurlar. İş bilməyəndə isə ehtiyac içində qalırlar. Hansı tərəfdən baxırsan bax, ehtiyac həmişə var. Məncə rəhbərlərin qarşısına tələbələrin yarı günlük işə götürülməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Necə ki, iş yerlərinə fiziki məhdudiyyətli şəxslərin işlə təmin edilməsi üçün müəyyən qədər pay öhdəliyi qoyulub. Tələbələrin də işlə təmin olunmasında müəyyən öhdəliklərin olması tələb kimi irəli sürülməlidir".

Geri qayıt