Əsas Səhifə > Güney Press > İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi...

İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi...


Bu gün, 10:41
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi...
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətlər” yox olacaq.

Dia-az.Media Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə doktoru, erməni professor Artur Xaçikyan deyib.

O bildirib ki, müharibə başlasa, Tehran əlini İrəvanın üstündən çəkəcək:

“Regional müharibə başlayarsa, Türkiyə və Azərbaycanın qarşısını almağa çalışan yeganə dövlət də aradan çəkiləcək. İrimiqyaslı toqquşma zamanı İran Ermənistanın mövcudluğunun fərqinə belə varmayacaq. Bu isə bizim üçün risklidir. Çünki o zaman Bakı və Ankaranın Zəngəzur dəhlizi ilə bağlı planı gerçəkləşəcək”.

Geri qayıt