Əsas Səhifə > Güney Press / Ana xəbər > Qorxmaz Hüseynovla nurçuların mübhəm əlaqələri

Qorxmaz Hüseynovla nurçuların mübhəm əlaqələri


7-04-2014, 11:37
Qorxmaz Hüseynovla nurçuların mübhəm əlaqələri
Bir neçə gündür В«Azərsu”nun iri layihələrini həyata keçirən “Hidro-Lotos” şirkətinin fəaliyyəti ilə bağlı çeşidli məlumatlar dolaşır. Yerli mətbuatın xəbərinə görə, şirəktin fəaliyyəti dayandırılıb. Və proses də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən bir gün öncəyə təsadüf edib.

В«Yeni MüsavatВ»ın yazdığından belə məlum olur ki, “Hidro-Lotos” “nurçu camaat”a bağlıdır. O da qeyd olunur ki, 2012-ci ildə qurulan şirkətə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov himayədarlıq edir və şirkətin qeyri-rəsmi icra müdiri isə Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə isə vəziyyət tamam başqadır. Məlumatlarda vurğulanır ki, В«Hidro-LotosВ» şirkətinə Qorxmaz Hüseynovun qaynı rəhbərlik edir. В«AzərsuВ»nun ən böyük layihələrini həyata keçirən bu şirkətin əsas funksiyası isə şirkət prezidentinin pullarını В«yumaqdanВ» ibarətdir. Eyni zamanda, tender yolu ilə böyük miqdarda pul qazanmaqdır.

Məlumatlı mənbələrin JAM.AZ-a verdiyi məlumatlarda qeyd edilir ki, Hüseynovun qaynı türklərlə birlikdə bu işləri həyata keçiriblər və onların da nurçu olma ehtimalları böyükdür.

Geri qayıt