Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Baş Qərargah rəisinin Bakıya səfərindəki gizli məqam
Rusiya Baş Qərargah rəisinin Bakıya səfərindəki gizli məqam7-04-2014, 11:35 |
|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Azərbaycana rəsmi səfər planlaşdırıb. İctimaiyyətdə belə bir fikir var ki, bu səfər əsnasında, Türkiyənin Azərbaycanla olan yaxınlığından narahat olan rəsmi Moskva Azərbaycana təzyiq edəcək. Hafta.az-a açıqlama verən hərbi ekspert Cəsur Məmmədov isə hesab edir ki, bu səfəri Azərbaycan üçün təzyiq hesab etmək, doğru deyil: “Aprelin 8-də Bakıda MDB ölkələrinin qərargah rəislərinin toplantısı olacaq. Səfərin əsas səbəbi budur. Eyni zamanda, Rusiyanın Azərbaycan və digər Qafqaz ölkələrinə əsaslı təzyiq edə bilməyəcəyinin səbəbləri var. Belə ki, NATO ayın əvvəlində açıqlama verdi. Qurumdan bildirilib ki, artıq postsovet ölkələrinə dəstək olmaq lazımdır. Bu baxımdan da şübhə doğurmur ki, NATO-nun Ukrayna, Gürcüstan, eləcə də Azərbaycana dəstəyi olacaq”. Politoloqun sözlərinə görə, NATO ilə Azərbaycanın əməkdaşlığı genişləndikcə, Rusiyanın ölkəmizə təzyiqi nəzərəçarpacaq dərəcədə inkişaf edəcək: “Ümumi tendensiya onu deməyə əsas verir ki, yaxın perspektivdə NATO-Azərbaycan münasibətlərinin gücləndirilməsinə cavab olaraq, Rusiya tərəfi də hərbi, siyasi baxımdan müəyyən addımlar ata bilər. Lakin bu təzyiqin konkret sözügedən səfərlə əlaqəsi yoxdur. Çünki bu səfərlər ənənəvi səfərlərdir. Ancaq hesab edirəm ki, bu ilin ortalarında gözlənilən NATO ilə Azərbaycan arasında razılaşmalardan öncə Rusiya ilə rəsmi Bakı arasında müəyyən danışıqlar olacaq. Çünki Rusiya bu prosesləri nəzarətdən kənar buraxmayaraq, Azərbaycana təsir və təzyiqlərini göstərəcək”. Geri qayıt |