Əsas Səhifə > Güney Press > Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər

Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər


Bu gün, 17:53
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər
Azərbaycan vətəndaşları orta hesabla günün 39,9 dəqiqəsini yollarda keçirirlər.
Yeniavaz.com məşhur “Numbeo” portalında yer alan “Nəqliyyat indeksi – 2024” (“Traffic Index - 2024”) adlı hesabata istinadən xəbər verir ki, yollarda ən çox “vaxt itirənlər” Nigeriya vətəndaşlarıdır.
Hesablamalara görə, Nigeriya vətəndaşları orta hesabla günün 64,2 dəqiqəsini yollarda keçirirlər.
Yollarda ən az vaxt keçirənlər isə Oman vətəndaşlarıdır. Bu ölkənin vətəndaşları bir yerdən başqa yerə getmək üçün gün ərzində orta hesabla 21 dəqiqə vaxt sərf edirlər.
Yollarda sərf edilən vaxta görə Azərbaycan region ölkələri arasında İran, Türkiyə, Rusiya və Gürcüstandan öndədir.
Hesabatda yer alan digər region ölkələrində vəziyyət aşağıdakı kimi olub:
İran – 46,4 dəqiqə;
Türkiyə – 43,8 dəqiqə;
Rusiya – 43,3 dəqiqə;
Gürcüstan – 40,3 dəqiqə;
Azərbaycan – 39,9 dəqiqə;
Ukrayna –7,9 dəqiqə;
Qazaxıstan – 35,6 dəqiqə;
Belarus – 31,2 dəqiqə;
Ermənistan – 29,8 dəqiqə.
Yollarda ən az zaman keçirən ölkələrin ilk beşliyində Oman (23), İslandiya (21,3), Estoniya (21,8), Kipr (23,3) və Litva (23,4) yer alır.
Ən çox zaman keçirən ölkələrin ilk beşliyində isə Nigeriya (64,2), Kosta-Rika (60), Banqladeş (57,6), Şri-Lanka (54,6) və Keniya (50,6) qərarlaşıb.

Geri qayıt