Əsas Səhifə > Güney Press > Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıbBu gün, 17:24 |
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. Bu barədə Dia-az.Media-ya DİN-dən xəbər verilib. Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib. Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Geri qayıt |