Əsas Səhifə > Güney Press > Bakıdakı bu tarixi abidə bərpa olunacaq

Bakıdakı bu tarixi abidə bərpa olunacaq


Bu gün, 17:15
Bakıdakı bu tarixi abidə bərpa olunacaq
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Kiçik Mərdəkan qəsri" bərpa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Abidədə bərpa işlərinə 700 min manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Kiçik Mərdəkan qəsri" XIII əsrə aid dünya əhəmiyyətli memarlıq abidəsidir. Qala qapısının üst hissəsində dördbucaqlı böyük bir daş layın üzərində ərəb dilində yazılmış üç epiqrafik kitabə var. Birinci yazının məzmunundan göründüyü kimi, qala Şirvanşah Herşası bin Fərruxzad bin II Məniçöhrün (1204- 1225) dövründə tikilib.

İkinci yazıdan məlum olur ki, qalanın sahibi qüdrətli sipehsalar İshak bin Kakuli olub. Bu şəxs Şirvan ordusunun ali sərkərdəsi idi. Həmin bu yazıda qalanın inşa tarixi hicri 600-cü ilin mordəd ayı göstərilir ki, bu da miladi təqvimlə 1203-1204-cü illərə uyğun gəlir.

Divarın qərb hissəsinin hörgüsünə quraşdırılmış üçüncü kitabədə qülləni "Məsudun oğlu, memar Abd-al-Məcid tikmişdir” sözləri yazılıb.

Geri qayıt