Əsas Səhifə > Güney Press > Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır

Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır


Bu gün, 16:15
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır
“Hazırda Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi müstəvidə işlənir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca konsulluq idarəsi də müvafiq praktiki addımların həyata keçirilməsinə qoşulacaq”, - deyə konsulluq idarəsinin rəhbəri əlavə edib.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də bir müddət əvvəl Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq işlərinə yaxın vaxtlarda başlaya biləcəyini bildirmişdi.

Geri qayıt