Əsas Səhifə > Güney Press > Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir


Bu gün, 07:55
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
31 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri
tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4
qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona
13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə
edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana,
132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8
sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal
zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından
didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış
məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və
yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan
Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar.
Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel
Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində
Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi
Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin
Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa
edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma
kəndlərinə qayıtmağa başladılar.
Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən
müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində
Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr
tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli,
Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və
Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində
aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80
kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra
düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd
rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi
əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həmin
axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya
bilmirdi. Bu, sevinc göz yaşları idi. Dörd il bundan əvvəl avqustun 23-nü
Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu
şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT
Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə
kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu
problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə
vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan
Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər
ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-
də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını
özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən
biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç
vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb
viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi
bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu
mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan
xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq”
düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər.
Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin
körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində
yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan
bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən
ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi
uğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl
yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının
artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol
çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən
Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin
tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240
meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılıb.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və
ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur
qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu
köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I
Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə,
respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner
düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr -
Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da
Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə,
indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi
məskunlaşması təmin edilib. bu işlər böyük sürətlə davam edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.Media

Geri qayıt