Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabirabadda Rəsulzadənin oğurlanmış büstü tapıldı
Sabirabadda Rəsulzadənin oğurlanmış büstü tapıldı7-04-2014, 10:15 |
|
1 il əvvəl müəmmalı şəkildə oğurlanan və guya, meydanın təmirindən sonra yerinə qoyulacağı vəd edilən Məmməd Əmin rəsulzadənin büstü təxmin edildiyi kimi qoyulmadı. Bu azmış kimi, büst yoxa çıxdı. JAM.AZ bildirir ki, bu barədə məlumat verən Müsavat Partiyasının rayon təşkilatının sədri Azər İsmayıl bildirib ki, dəfələrlə, büstün Sabirabad rayon İcra Başçısının Şəhər Nümayəndəliyində saxlanıldığını iddia ediblər. В«Lakin adıçəkilən idarənin işçiləri bütün ciddi cəhdlə bunu inkar edirdilər. Məhz ictimai fəal Aslan Axundovun səyi nəticəsində oğurlanmış büstün Şəhər Nümayəndəliyinin zirzəmi kimi istifadə etdiyi boş otağında olduğu sübuta yetirilibВ». Azər İsmayıl bildirib ki, bu hərəkətindən dolayı Aslan Axundov 25 sutka həbsə məhkum edilib. В«Bildirim ki, A.Axundov özü siyasi fəallığı ilə seçilməsə də, onun ulu babası Müsavatçı olub və Sovet rejimi tərəfindən repressiya olunaraq, güllələnibВ». Şəkildə: A.Axundovun oğlu Rəsulzadənin zirzəmidə gizlədilmiş büstü ilə. Geri qayıt |