Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövşən Bağırovun rəhbərliyi altında müavinlərin "soyuq savaş"ı

Rövşən Bağırovun rəhbərliyi altında müavinlərin "soyuq savaş"ı


7-04-2014, 10:13
Rövşən Bağırovun rəhbərliyi altında müavinlərin "soyuq savaş"ı
Bir müddət əvvəl icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşalıyevin yardımı ilə humanitar məsələlər üzrə müavin olan Arzu Vəliməmmədova indi birinci müavinə savaş açmaq zorunda qalıb. Bir zamanlar aralarında dostluq münasibətləri olan iki müavinin paylaşa bilməmələri isə salahiyyət məsələləridir.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, birinci müavin Cəlil Baxşalıyev humanitar məsələlər üzrə müavin olan Arzu Vəliməmmədovanı səlahiyyətindəki işlərə müdaxilə etməklə xanım müavinin sıxışdırır. Arzu Vəliməmmədova isə birinci müavinin onun işlərinə qarışmasını və onun əvəzinə göstərişlər verməsini heç cür qəbul etmir.

Məlumatda bildirilir ki, Cəlil Baxşəliyev humanitar sahənin nəzarətində olan rayon təhsil, mədəniyyət və səhiyyə idarələrinin müdirlərini öz təsiri altına alma qistəyindədir. Bunun səbəbi isə Lerik icra başçısı Rövşən Bağırovun təhsil, mədəniyyət və səhiyyə idarələrinin illik cari təmir işlərini birinci müavini Cəlil Baxşaliyevə həvalə etməsidir.

Məlumatda qeyd edilir ki, birinci müavin adı çəkilən təşkilatların rayonun mərkəzində və kəndlərində fəaliyyət göstərən binalarının cari təmirini yaxın qohumlarının adına açdırdığı şirkətlərin əli ilə təmir etdirir. Yəni Cəlil Baxşaliyevin əsas qazanc mənbəyi məhz humanitar sahənin kurasiyasında olan idarələrdə cari təmiri maxinasiyasıdır və bu maxinasiyalardan birinsi müavin heç də az qazanmır. Bildirilir ki, birinci müavin cari humanitar sahələrə aid olan idarələrin təmir işlərini öz əlində cəmləşdirdiyi üçün rayon təhsil, səhiyyə və mədəniyyət və turizm idarələrinin rəhbərləri ilə sıcaq münasibətlərə malikdir. Məhz bu təşkilatlarla bağlı hər hansı bir problem olduğu zaman idarə müdirləri birinci müaviə zəng edirlər. Bu isə humanitar məsələlər üzrə müavin Arzu Vəliməmmədovanın işlərinə müdaxilə anlamı daşıyır. Üstəlik təmir işlərindən əldə olunan gəlirlər Arzu Vəliməmmədova ilə bölüşdürülmür.

Daxil olan məlumatlarda iddia olunur ki, rayon icra hakimiyyətinə təhsil, səhiyyə və mədəniyyət idarələri ilə bağlı daxil olan şikayətləri Arzu Vəliməmmədova idarə müdirlərinə çatdırsada, Cəlil Baxşalıyev təşkilat rəhbərlərinə humanitar məsələlər üzrə müavinin dediklərini qulaqardına vurmağı məsləhət bilir. Artıq iki müavin arasında soyuq savaş o həddə çatıb ki, Cəlil Baxşəliyev bir müddət əvvəl özünün təqdimatı ilə müavin gətirdiyi Arzu xanımın müavinlikdən azad olunması ilə bağlı icra başçısı Rövşən Bağırova müraciət edib. Məlumata əsasən Cəlil Baxşəliyev məsləhət bilib ki, Prezident Adminstrasiyasından icra hakimiyyətlərində humainatar məsələlər üzrə müavinlərin gənc xanım kadrlardan olması ilə bağlı verilən təlimatdan istifadə edərək Arzu Vəliməmmədovanı vəzifəsindən çıxartsın və yerinə daha gənc bir xanım təyin etsin.

Qeyd olunur ki, icra başçısı birinci müavinin bu təklifini məqbul saymayıb və humanitar məsələlər üzrə müavini ilə işləyəcəyini bildirirb. Bildirilir ki, öz növbəsində Arzu Vəliməmmədova da Cəlil Baxşəliyevi də icra başçısı Rövşən Bağırov haqqında dostluq etdiyi mətbu orqanlara komprmat məlumatlar ötürməkdə ittiham edib və gərəkirsə bunun sübutlarını Rövşən Bağırova təqdim edə biləcəyini bildirb. Bundan sonra Cəlil Baxşəliyevin geri addım atdığı qeyd olunur. Buna baxmayaraq daxil olan məlumatda iki müavin arasında soyuq savaşın hələ uzun müddət davam edə biləcəyi vuğulanır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt