Əsas Səhifə > Güney Press > Bakıdakı dəhşətli cinayətin DETALLARI

Bakıdakı dəhşətli cinayətin DETALLARI


1-10-2024, 16:54
Bakıdakı dəhşətli cinayətin DETALLARI
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Oruc Xəlilovun məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin təqdim edilməsinə başlanılıb.

Zərəçəkən Mirhakim Həsənova sənədlərlə bağlı suallar ünvanlanıb. O, suallara cavab olaraq bildirib ki, bıçaq təqsirləndirilən şəxsdə olub:

"Oruc bıçağı belindən çıxarıdı. O, bıçağı istifadə edərək məni 4 dəfə yaraladı. İş materiallarında olduğunu dediyiniz Orucun ayağındakı yaradan xəbərim yoxdur. Bu hadisə mən onun əlindən qaçmağa çalışarkən baş verdi".

Təqsirləndirilən şəxs deyilənləri təkzib edərək bıçağı Mirhakimin çıxardığını söyləyib:

"Mübahisə zamanı o, mənə səhv etmirəmsə iki dəfə kəllə vurdu, mən yıxıldım. Daha sonra qalxdım qaçdım onun dalınca. Gördüm əlində bıçaq var. Əlindən aldım. O zaman məni yumruqlamağa başladı. Mən də burnum qanadığı üçün nə baş verdiyini düzgün dərk etmirdim. Yumruqlarının təsiri ilə onu bıçaqladım. Bunun necə baş verdiyini dəqiq xatırlamıram".

Zərərçəkmiş şəxs barışıq əldə olunduğunu da əlavə edib. Onun hər hansı bir şikayəti və tələbi olmayıb. Mirhakim Həsənova dəymiş ziyan tam ödənilib.

Sənədlər də o da qeyd olunub ki, təqsirləndirilən şəxs daha öncə 178.1, 180.2.2, 317.2.1, 127.1 maddələrinə görə məhkum edilib. Lakin o, cəza və cərimələri tam ödəyib.

Məhkəmə istintaqı tamamlanıb.

Növbəti proses 15 oktyabra təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda, metronun Xalqlar Dostluğu stansiyasının qarşısında qeydə alınıb. Belə ki, Oruc Xəlilov mübahisə zəmnində 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğluna bıçaq zərbəsi endirib. O.Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt